Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Türkiyə Respublikasının nəqliyyat, dənizçilik və kommunikasiya naziri Bineli Yıldırımın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında ikitərəfli əlaqələrin bütün istiqamətlərdə, o cümlədən nəqliyyat, dənizçilik və kommunikasiya sahələrində uğurlu inkişafından məmnunluq ifadə olunub, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icrasının gedişi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.