Soçinin Beynəlxalq Aeroportunda qarşılanma

Soçinin Beynəlxalq Aeroportunda qarşılanma

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 21-də Rusiya Federasiyasına işgüzar səfərə gedib.
AZƏRTAC xəbər verir ki, Soçinin Beynəlxalq Aeroportunda Azərbaycan Prezidenti İlham Əliyevi Rusiya Federasiyası Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratev və Soçi şəhərinin meri Anatoli Paxomov qarşılayıblar.