Qazax rayonunun Xanlıqlar kəndi ərazisində yanacaq daşıyan avtomobildə baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə tam söndürülüb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yanğın nəticəsində yanacaq daşıyan avtomobilin yanar konstruksiyaları yanıb, bir nəfər həyatını itirib.
Yaxınlıqdakı yanacaq çənləri yanğından mühafizə olunub.