Almaniyada avtobusların toqquşması nəticəsində azı 20 nəfər xəsarət alıb

Almaniyada avtobusların toqquşması nəticəsində azı 20 nəfər xəsarət alıb

Almaniyanın Hamburq şəhərində iki avtobusun toqquşması nəticəsində azı 20 nəfər xəsarət alıb.

AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, xəsarət alanlar arasında uşaqlar da var. Avtobuslardan birində məktəb gəzintisinə gedən 21 uşaq olub.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb edilib.

Qəza ilə bağlı araşdırma aparılır.