“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

İran rəsmiləri noyabrda ABŞ-də keçiriləcək aralıq seçkilərdən əvvəl atəşkəsə nail olunacağına şübhə ilə yanaşırlar.

AZƏRTAC xəbər verir ki, “Bloomberg” bu barədə mənbələrə istinadla məlumat yayıb.

Mənbələrin sözlərinə görə, ötən həftə Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində aparılan danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunmayıb. İran tərəfi ABŞ-dəki seçkilərdən sonra münaqişənin yenidən gərginləşə biləcəyini düşünür.

ABŞ-da Konqresə aralıq seçkilər noyabrın 3-də keçiriləcək.