“Bloomberg”: Tramp Zelenskini Moskvaya səfər etməyə çağırıb

“Bloomberg”: Tramp Zelenskini Moskvaya səfər etməyə çağırıb

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya səfər etməyə yenidən çağırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Bloomberg” məlumatlı mənbələrə istinadla yazıb. Bildirilir ki, Tramp bu təklifi BMT-də Zelenski ilə görüşü zamanı səsləndirib. Zelenski isə təklifi rədd edib.

Ağ Ev məlumatı şərh etməkdən imtina edib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov sentyabrın 23-də Moskvanın mövqeyinin dəyişmədiyini bildirib. Onun sözlərinə görə, Zelenski Moskvaya gəlmək istəsə, ona lazımi təhlükəsizlik zəmanətləri veriləcək.