Gürcüstandan daha 54 xarici ölkə vətəndaşı deportasiya olunub

Gürcüstandan daha 54 xarici ölkə vətəndaşı deportasiya olunub

Son günlər Gürcüstandan 54 xarici ölkə vətəndaşı deportasiya edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin ölkəyə girişi qadağan olunub.

Məlumata görə, bu ilin ötən dövründə Gürcüstandan ümumilikdə 2090 qanunsuz miqrant çıxarılıb.