İsrail ordusu Livanın cənubundakı 8 qəsəbə və kəndin sakinlərinin təxliyə olunması ilə bağlı xəbərdarlıq edib.
AZƏRTAC “əl-Arabiyyə” telekanalına istinadla xəbər verir ki, İsrail tərəfi yaxın saatlarda həmin ərazilərdə hərbi əməliyyat keçirəcək.
Livanın Səhiyyə Nazirliyinin məlumatına görə, ötən gün İsrailin hava hücumları nəticəsində azı 5-i uşaq olmaqla 22 nəfər həlak olub, 27-si yaralanıb.