Yeni Kaledoniya sahillərində 6,6 bal gücündə zəlzələ baş verib

Yeni Kaledoniya sahillərində 6,6 bal gücündə zəlzələ baş verib

Cənubi Sakit okeanda, Fransanın dənizkənarı ərazisi olan Yeni Kaledoniyanın tərkibindəki Loyalti adalarının şimal-şərqində 6,6 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Numeadan 252 kilometr şimal-şərqdə, ocağı isə 6 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.