Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 7-də Avropa Xalq Partiyasının və Mərkəzçi Demokratlar İnternasionalının baş katibi Antonio-Lopez İsturizi qəbul edib. Görüşdə Yeni Azərbaycan Partiyası ilə Avropa Xalq Partiyası və Mərkəzçi Demokratlar İnternasionalı arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanıb, əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.