Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstana işgüzar səfərə gedib

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstana işgüzar səfərə gedib

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sammitində iştirak etmək üçün sentyabrın 10-da Qazaxıstan Respublikasına işgüzar səfərə gedib.
Azərbaycanın və Qazaxıstanın dövlət bayraqlarının dalğalandığı Astana şəhərinin hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.