Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun görüşü olub.
Görüşdə İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən Zirvə Toplantısının əhəmiyyəti qeyd edilib, bu sammitin təşkilata üzv ölkələr arasında əməkdaşlığın genişlənməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.
Azərbaycanın və Tacikistanın dövlət başçıları ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından razılıq ifadə ediblər.
Görüşdə Prezidentlər səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlər məmnunluqla xatırlanıb, bu səfərlərin ikitərəfli münasibətlərin güclənməsində rolu qeyd olunub, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə edilib.