Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən ABŞ Silahlı Qüvvələrinin nəqliyyat komandanı general Dunkan Mak Nabbın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, beynəlxalq terrorizmlə mübarizə sahəsində əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.