AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, dünən ABŞ-ın çikaqo şəhərində keçirilən NATO-nun Sammiti çərçivəsində dövlət və hökumət başçılarının görüşü olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edib.
NATO-nun baş katibi Anders Foq Rasmussen və ABŞ Prezidenti Barak Obama çıxış edərək gündəlikdəki məsələlərdən danışıblar.
Dövlətimizin başçısı görüşdə çıxış edib.
Görüş başa çatdıqdan sonra dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.