Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Fransanın nəqliyyat üzrə dövlət katibi Tierri Marianinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub, Fransa şirkətlərinin Azərbaycanda uzun illər uğurla fəaliyyət göstərdiyi qeyd edilib, nəqliyyat sektorunda əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.