Prezident İlham Əliyev Rusiya Federasiyasında işgüzar səfərdə olub

Prezident İlham Əliyev Rusiya Federasiyasında işgüzar səfərdə olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak etmək üçün dünən Rusiya Federasiyasının paytaxtı Moskvaya işgüzar səfərə yola düşüb. MDB-nin üzvü olan ölkələrin dövlət bayraqlarının dalğalandığı Vnukovo-2 Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentini Rusiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar. Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri başa çatıb.