Astarada ulu öndər Heydər Əliyevin abidəsini ziyarət
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də Astara rayonuna səfərə gəlib.
Dövlətimizin başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Astara şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Prezident İlham Əliyevə abidənin ucaldığı Heydər Əliyev parkında yaradılan şərait və son illərdə rayonda görülən işlər barədə məlumat verdi.