Mayın 24-də Türkmənistanın paytaxtı Aşqabadda MDB-yə üzv ölkələrin Hökumət Başçıları Şurasının iclası keçiriləcək.
TASS xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsinin mətbuat xidməti məlumat yayıb.
“Fevralın 27-də Minskdə keçirilən görüşdə MDB-yə üzv dövlətlərin Daimi Səlahiyyətli Nümayəndələri Şurasının üzvləri MDB Hökumət Başçıları Şurasının mayın 24-də Aşqabadda keçiriləcək növbəti iclasının gündəliyinin layihəsinə dair təkliflərə baxacaqlar”, - məlumatda qeyd edilib.