Azərbaycan Türkiyəyə əlavə qaz həcmləri barədə razılıq əldə edib

Azərbaycan Türkiyəyə əlavə qaz həcmləri barədə razılıq əldə edib

Azərbaycan Türkiyə ilə 2023-cü ildən başlayaraq 3,5 milyard kubmetr əlavə qaz həcmlərinin nəqli barədə razılıq əldə edib.

Trend-in məlumatına görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Moskvada “Rusiya Enerji Həftəsi” Beynəlxalq Forumunda çıxışı zamanı deyib.

Azərbaycan Türkiyə və Avropaya qaz tədarükünü artırmağı planlaşdırır.

Nazir bildirib ki, Azərbaycan 2022-ci ildə 16 milyard kubmetr qaz nəql edəcək.