Azərbaycanla Özbəkistanın statistika sahəsində əməkdaşlığına dair müzakirələr aparılıb

Azərbaycanla Özbəkistanın statistika sahəsində əməkdaşlığına dair müzakirələr aparılıb

Aprelin 20-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Özbəkistan Respublikasının ölkəmizdəki səfiri Bahrom Əşrəfxanovla görüşüb.
Komitədən AZƏRTAC-a bildirilib ki, Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafında dövlət başçılarının rolunun xüsusi qeyd edildiyi görüşdə bütün istiqamətlərdə olduğu kimi, statistika sahəsində də əməkdaşlığın əhəmiyyəti vurğulanıb, qarşılıqlı əlaqələrin inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.