Ölkədə nəzarət kassa aparatlarının quraşdırılması layihəsinin vacib mərhələsi başa çatır.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov yanvarın 16-da ötən ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
“Yaxın vaxtlarda Vergilər Məcəlləsinə edilən dəyişikliklərin qüvvəyə minməsi nəticəsində istehlakçılara xərclədiyi ƏDV vergisinin məbləğinin müəyyən hissəsinin geri qaytarılması prosesi başlayacaq. Bu da, öz növbəsində, ictimai nəzarəti, istehlakçının marağını artıracaq. Nəzarət kassa aparatlarının quraşdırılması və onlayn ödənişlərin edilməsi ictimai nəzarəti gücləndirəcək. Bunun üçün dövlət həm təşviq mexanizmi, həm də sanksiya alətləri üzərində işləyir", - deyə nazir diqqətə çatdırıb.