Qida Təhlükəsizliyi Agentliyinin nəzdində heyvan mənşəli məhsullara nəzarət edən Baytarlıq Nəzarəti Müfəttişliyi yaradılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə martın 17-də Qida Təhlükəsizliyi Agentliyinin və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilən “Media və təhlükəsiz qida” mövzusunda tədbirdə agentliyin sədri Qoşqar Təhməzli məlumat verib.
O bildirib ki, Respublikanın Baş Dövlət Baytarlıq Müfəttişliyi artıq Kənd Təsərrüfatı Nazirliyinin deyil, Qida Təhlükəsizliyi Agentliyinin nəzdində fəaliyyət göstərəcək. Müfəttişlik müvafiq ekspertizaları həyata keçirərək, məhsulların şəhadətnamələrini və sertifikatlarını təqdim edəcək.