SOCAR BMT-nin İnkişaf Proqramı ilə ətraf mühitin qorunmasına dair Niyyət Protokolu imzalayıb

SOCAR BMT-nin İnkişaf Proqramı ilə ətraf mühitin qorunmasına dair Niyyət Protokolu imzalayıb

Martın 6-da SOCAR və BMT-nin İnkişaf Proqramı (BMTİP) arasında ətraf mühitin qorunması sahəsində əməkdaşlığı davam etdirmək məqsədilə Niyyət Protokolu imzalanıb.
AZƏRTAC xəbər verir ki, sənədi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və təşkilatın İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai imzalayıb.
SOCAR və BMTİP ortaq maraq kəsb edən sahələrdə - iqlim dəyişmələri, enerji səmərəliliyi, atmosferə atılan karbon qazının azaldılması və ümumən ətraf mühitin qorunması sahələrində birgə layihələr keçirmək və mövcud əməkdaşlığı davam etdirmək istəklərini bəyan ediblər.