Sumqayıtda avtomobil yollarının əsaslı təmiri üçün 8,1 milyon manat ayrılıb

Sumqayıtda avtomobil yollarının əsaslı təmiri üçün 8,1 milyon manat ayrılıb

Prezident İlham Əliyev “Sumqayıt şəhəri ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, Sumqayıt şəhəri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 8,1 milyon manat ayrılıb.