Azərbaycan ilə ABŞ arasında iqtisadi-ticarət əlaqələri müzakirə olunub

Azərbaycan ilə ABŞ arasında iqtisadi-ticarət əlaqələri müzakirə olunub

Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov Tbilisidə keçirilən İpək Yolu Beynəlxalq Forumu çərçivəsində ABŞ Ticarət Palatasının nümayəndələri ilə görüşüb.
Görüşdə Azərbaycan ilə ABŞ arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf perspektivləri, ölkəmizin regionda artan nüfuzu, iqtisadi inkişafı barədə fikir mübadiləsi aparılıb, tarixi İpək Yolunun bərpasının əhəmiyyəti vurğulanıb.