Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Səudiyyə Ərəbistanı Krallığında səfərdədir.
AZƏRTAC SPA agentliyinə istinadla xəbər verir ki, Ər-Riyadın Kral Xalid Beynəlxalq Aeroportunda Prezidentin köməkçisi Əli Həsənovu Səudiyyə Ərəbistanının mədəniyyət və informasiya naziri Adel bin Zaid Altoraifi qarşılayıb.
Səfər çərçivəsində keçiriləcək görüşlərdə Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında media sahəsində əməkdaşlıqla bağlı müzakirələr aparılacaq.