Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri ilə görüşüb

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri ilə görüşüb
Dünən "Gülüstan" sarayında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Bakıda keçirilən ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri ilə görüşüb.
Mehriban xanım Əliyeva İSESKO-nun baş direktorunu Bakıda yenidən görməkdən məmnun olduğunu deyib. Azərbaycanın birinci xanımı ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun müsbət nəticələri olacağına əminliyini ifadə edib.
Mədəniyyətlərarası dialoqa dair müzakirələrin vacibliyini qeyd edən İSESKO-nun baş direktoru forumun yüksək səviyyədə təşkilini vurğulayıb. Əbdüləziz bin Osman əl-Tüveycri Azərbaycan ilə İSESKO arasında sıx əlaqələrdən danışıb.