Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri çərçivəsində noyabrın 13-də Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Türkiyə Baş nazirinin xanımı Əminə Ərdoğan ilə görüşü olub.
Əvvəlcə Mehriban Əliyeva, Əminə Ərdoğan və qızı Sümeyye Ərdoğan xatirə şəkli çəkdiriblər.
Sonra Azərbaycanın birinci xanımı və Türkiyə Baş nazirinin xanımı çay süfrəsi arxasında söhbət ediblər.