Bahar Muradova: Siyasi partiyaların maliyyələşdirilməsində ən müxtəlif prinsiplər əsas götürülə bilər

Bahar Muradova: Siyasi partiyaların maliyyələşdirilməsində ən müxtəlif prinsiplər əsas götürülə bilər
Siyasi partiyaların maliyyələşdirilməsində ən müxtəlif prinsiplər əsas götürülə bilər. Bu barədə “Trend”ə Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.
“Siyasi partiyalar haqqında” Qanunun üzərində iş gedir. Ona görə də indidən maliyyələşdirmənin necə olacağını, hansı prinsiplər əsasında həyata keçiriləcəyini söyləmək düzgün olmazdı. Bununla bağlı dəfələrlə mövqeyimi bildirmişəm. Orda ən müxtəlif prinsiplər - həm seçkidə toplanılan səslər, həm parlamentdəki yerlər əsas götürülə bilər” - deyə, vitse-spiker əlavə edib.
Bahar Muradova bildirib ki, qanun layihəsi hələ müzakirə olunmayıb: “Bu barədə sadəcə olaraq ayrı-ayrı şəxslərin, ayrı-ayrı siyasi partiyaların, həmçinin Yeni Azərbaycan Partiyasının nümayəndələrinin mövqeləri səsləndirilib. Əgər layihə müzakirəyə çıxarılarsa, onda məsələyə daha doğru münasibət bildirmək olar”.