Britaniyanın foto agentliyi Prezident İlham Əliyevin Türkiyəyə dövlət səfərini işıqlandırıb

Britaniyanın foto agentliyi Prezident İlham Əliyevin Türkiyəyə dövlət səfərini işıqlandırıb

Böyük Britaniyada fəaliyyət göstərən “Getty Images” foto agentliyi Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə dövlət səfərini fotolarla ətraflı işıqlandırıb.
Agentliyin saytında Prezident İlham Əliyevin Ankarada rəsmi qarşılanma mərasimini, Prezident Rəcəb Tayyib Ərdoğan ilə görüşünü, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclasını, sənədlərin imzalanması mərasimini, dövlət başçılarının mətbuata bəyanatlarını əks etdirən 56 foto yerləşdirilib.