Azərbaycanda növbəti parlament seçkiləri 2020-ci ildə keçiriləcək. Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi Əli Əhmədov növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.
Əli Əhmədov qeyd edib ki, bu barədə heç bir məlumata sahib deyil: “Mən belə bir şey bilmirəm. Məlum olduğu kimi, Azərbaycanda növbəti parlament seçkiləri 2020-ci ildə keçiriləcək”.
Qeyd edək ki, sosial şəbəkələrdə Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı məlumatlar yayılıb.