Əli Həsənov: Azərbaycan Türkiyədə keçirilmiş parlament seçkilərində seçilmiş hakimiyyətlə strateji tərəfdaşlıq kursunu davam etdirəcək

Əli Həsənov: Azərbaycan Türkiyədə keçirilmiş parlament seçkilərində seçilmiş hakimiyyətlə strateji tərəfdaşlıq kursunu davam etdirəcək
Azərbaycan Türkiyədə keçirilmiş parlament seçkilərində seçilmiş hakimiyyətlə strateji tərəfdaşlıq kursunu davam etdirəcək.
APA-nın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
“Türkiyə ilə münasibətlərimizi bundan sonra da inkişaf etdirəcəyik. Qarşıda bizi Türkiyə-Azərbaycan münasibətlərində mühüm layihələr gözləyir. Bizim üçün əməkdaşlıq hərtərəfli əhəmiyyətlidir”, - deyə PA şöbə müdiri əlavə edib.
Ə.Həsənov bildirib ki, Türkiyədə keçirilən seçkilərdə xalq Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi Ədalət və İnkişaf Partiyasının 2002-ci ildən həyata keçirdiyi siyasətə və inkişafa yenidən səs verib: “Rəsmi Bakı, Azərbaycan hakimiyyəti Türkiyə xalqının seçiminə hörmətlə yanaşır”.