Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə heyəti Nərimanov rayon İcra Hakimiyyətində olub.
İcra Hakimiyyətindən AzərTAc-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Həştərxan arasında iqtisadi əlaqələrin daha da gücləndirilməsi, müxtəlif sahələrdə layihələrin həyata keçirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Həştərxan vilayətində Azərbaycan tərəfindən aparılan sosial əhəmiyyətli layihələrin daim Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın diqqət mərkəzində olduğunu vurğulayıb.