Milli Məclisə keçiriləcək seçkilərdə iştirak etmək istəyənlərin sayı artır

Milli Məclisə keçiriləcək seçkilərdə iştirak etmək istəyənlərin sayı artır
Mərkəzi Seçki Komissiyasından AzərTAc-a bildiriblər ki, noyabrın 7-də keçiriləcək parlament seçkilərində iştirak etmək istəyən  722 nəfər dairə seçki komissiyalarından imza vərəqi götürüb.
Namizədliyin qeydə alınması ilə bağlı DSK-lara ümumilikdə 860 müraciət olub. Dairə seçki komissiyaları artıq dörd nəfərin namizədliyini qeydə alıb.
MSK-dan onu da bildiriblər ki, qeydiyyatdan keçən müşahidəçilərin sayı 394-ə çatıb.