Siyavuş Novruzov: Leyla Abdullayevanın namizədliyini geri götürməsi dövlət qulluğunda işə keçməsi ilə bağlıdır

Siyavuş Novruzov: Leyla Abdullayevanın namizədliyini geri götürməsi dövlət qulluğunda işə keçməsi ilə bağlıdır

Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin üzvü Siyavuş Novruzov 41 saylı Sumqayıt I Seçki Dairəsindən namizədliyini irəli sürdüyü hazırkı deputatı Leyla Abdullayevanın namizədliyini geri götürməsinin səbəbini açıqlayıb.
Siyavuş Novruzov APA-ya açıqlamasında bildirib ki, buna səbəb L.Abdullayevanın dövlət qulluğunda işə keçməsi ilə bağlıdır.
O qeyd edib ki, hazırda məktəb direktoru işləyən L.Abdullayeva dövlət qulluğunda işə keçmək qərarına gəlib, bu halda isə qanun onun seçkili orqanda təmsil olunmasına icazə vermir: “Bu səbəbdən də namizədliyini geri götürüb. Onun hansı dövlət qulluğunu tutması isə hələ bilinmir. İşə götürüləndə açıqlanacaq”.