Siyavuş Novruzov: “Müsavat”ın son mitinqi partiyanın necə zəiflədiyini göstərdi

Siyavuş Novruzov: “Müsavat”ın son mitinqi partiyanın necə zəiflədiyini göstərdi

“Yeni Müsavat” qəzeti Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun təhsil naziri olacağı barədə məlumat yayıb. “İddialara görə, Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, deputat Siyavuş Novruzov təhsil naziri olmaq istəyir. Onun bu iddiasını YAP rəhbərliyindəki həmkarları da dəstəkləyir”, - deyə qəzet yazır.
Məlumatda deyilir ki, son zamanlar təhsil naziri Mikayıl Cabbarovun YAP funksionerləri, xüsusilə də S.Novruzov tərəfindən müntəzəm tənqid olunması da bu səbəbdən baş verir.
YAP İcra katibinin müavini Siyavuş Novruzovun məsələyə münasibəti daha maraqlı olub.
Modern.az saytına açıqlamasında Siyavuş Novruzov qeyd edib ki, indiyə qədər ən çox tənqid etdiyi siyasi təşkilat Müsavat Partiyası olub: “Əgər bu məntiqlə çıxış edirlərsə, yazın ki, Siyavuş Novruzov Müsavat Partiyasının başqanı olacaq”.
S.Novruzov deyib ki, “Müsavat”ın son mitinqi partiyanın necə zəiflədiyini göstərdi. “Həmin mitinqdən sonra aslan axtarışına çıxıblar. Aslanlar da YAP-dadır, gedib “Müsavat”ın vəziyyətinə əncam çəkəcəyik”.