“Azərbaycan xalqı ölkə Konstitusiyasına dəyişikliklərin edilməsi üzrə referenduma şüurlu yanaşır və öz səsvermə haqqını reallaşdırır”. Bunu Trend-ə Bakıda referendumun gedişini izləyən TürkPA-nın baş katibi Jandos Asanov deyib.
Onun sözlərinə görə, əhalinin aktivliyi müşahidə edilir.
J.Asanov qeyd edib ki, TürkPA-nın müşahidə missiyası axşam saatlarında səsvermənin hesablanması prosesini müşahidə edəcək və o zaman seçicilərin aktivliyi barədə yekun nəticə vermək mümkün olacaq.