YAP-ın komissiyaları yanvar ayından fəaliyyətə başlayacaq

YAP-ın komissiyaları yanvar ayından fəaliyyətə başlayacaq

Yeni Azərbaycan Partiyasında (YAP) yaradılan komissiyalar yanvar ayından fəaliyyətə başlayacaq. “Media forum” saytına açıqlama verən Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov belə deyib. O bildirib ki, komissiyaların əsasnaməsi hazırlanır: “Əsasnamələr üzərində iş başa çatandan sonra təsdiqlənəcək və komissiyalar fəaliyyətə başlayacaq”.
Siyavuş Novruzov qeyd edib ki, komissiya üzvləri müxtəlif sahələrdə çalışan ekspertlərdən ibarət olacaq: “Komissiyalar fəaliyyət göstərdikləri sahələrdə vəziyyəti izləyəcək, araşdıracaq və təkliflərlə çıxış edəcəklər”.
Noyabrın 7-də Yeni Azərbaycan Partiyasının İdarə Heyəti 12 komissiyanın yaradılması barədə qərar qəbul edib:
İqtisadi məsələlər üzrə komissiya - sədr Eldar İbrahimov (Milli Məclisin Aqrar siyasət komitəsinin sədri),
Sosial məsələlər üzrə komissiya - sədr Zahid Qaralov (YAP Səbail rayon təşkilatının sədri),
Humanitar məsələlər üzrə komissiya - sədr Yusif Hümbətov (“Azərsutikinti” ASC-nin sədri),
Elm və təhsil üzrə komissiya - sədr Abel Məhərrəmov (Deputat, BDU-nun rektoru),
Gənclər, idman və mədəniyyət komissiyası - sədr Vaqif Əliyev (mədəniyyət və turizm nazirinin müavini),
Ailə və qadın məsələləri üzrə komissiya - sədr Nurlana Əliyeva (YAP Qadınlar Şurasının sədri),
Regional inkişaf üzrə komissiya - sədr Arif Rəhimzadə (Milli Məclisin Regional məsələlər komitəsinin sədri),
Beynəlxalq əlaqələr üzrə komissiya - sədr Bahar Muradova (Milli Məclisin sədr müavini),
Partiyalararası əlaqələr və dialoq komissiyası - sədr Əli Həsənov (Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri),
Mətbuat və ictimai əlaqələr üzrə komissiya - sədr Nizami Xudiyev (Sabiq deputat, YAP Siyasi Şurasının və İdarə Heyətinin üzvü),
Mədəniyyətlərarası dialoq və inteqrasiya komissiyası - sədr Mixail Zabelin (Milli Məclisin deputatı),
Partiyadaxili inkişaf və intizam komissiyası - sədr Kərim Kərimov (YAP İdarə Heyətinin üzvü).