YAP-ın Sədr müavini Əli Əhmədov MDB PA-nın müşahidə missiyasının üzvləri ilə görüşüb

YAP-ın Sədr müavini Əli Əhmədov MDB PA-nın müşahidə missiyasının üzvləri ilə görüşüb

Oktyabrın 8-də Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi, millət vəkili Əli Əhmədov Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının müşahidə missiyasının üzvləri ilə görüşüb.
Görüşdə qeyd edilib ki, Azərbaycanda prezident seçkilərinin təbliğat - təşviqat mərhələsi beynəlxalq standartlara uyğun səviyyədə başa çatıb, seçkilərin ədalətli və şəffaf keçirilməsi üçün yüksək şərait təmin edilib.