Rumıniyanın hakim Demokratik Liberal Partiyasının gənclər təşkilatı Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin nümayəndə heyətini Rumıniyaya rəsmi səfərə dəvət edib. Əldə olunmuş razılaşmaya uyğun olaraq, YAP Gənclər Birliyinin nümayəndə heyəti yaxın vaxtlarda Rumıniyaya səfər edəcək. Qeyd edək ki, bu tipli səfərlərin keçirilməsi həm Yeni Azərbaycan Partiyası ilə Demokratik Liberal Partiyası, həm də ölkələrimiz arasındakı münasibətlərin daha da inkişaf etməsinə öz töhfəsini verəcək.