Yeni Azərbaycan Partiyasının yaradılmasının (YAP) 20 illiyi münasibətilə partiyanın rəhbərliyi və üzvləri dünən Fəxri Xiyabana gələrək YAP-ın qurucusu, Ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə tər çiçəklər düzülüb.