“Yeni Azərbaycan” qəzetinin kollektivi Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

“Yeni Azərbaycan” qəzetinin kollektivi Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan xalqının Ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin vəfatından 12 il ötür. Ulu öndər Heydər Əliyevin vəfatının on ikinci ildönümü ilə əlaqədar dekabrın 11-də “Yeni Azərbaycan” qəzetinin kollektivi Fəxri xiyabana gələrək Ümummilli liderin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.