2017-ci ildə ADNSU-da 13 istiqamət üzrə 43 elmi-tədqiqat işi yerinə yetirilib

2017-ci ildə ADNSU-da 13 istiqamət üzrə 43 elmi-tədqiqat işi yerinə yetirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) səmərəli elmi-tədqiqatlar aparılır. Bu təhsil ocağından verilən məlumata görə, 2017-ci ildə universitetdə 13 istiqamətdə 43 mövzu üzrə 43 elmi-tədqiqat işi yerinə yetirilib.
Məlumatda bildirilir ki, aparılan tədqiqatlar əsasında 50-dən çox elmi nəticə əldə olunub. Eyni zamanda, alimlər tərəfindən 18 monoqrafiya, iki kitab, 25 dərslik, 79 dərs vəsaiti, 1.168 məqalə və digər materiallar nəşr olunub. Məqalələrdən 22-si “Tomson Reuters” sisteminə daxil olan beynəlxalq jurnalda dərc edilib.