Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Milli Mətbuat Günü qeyd olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Milli Mətbuat Günü qeyd olunub

İyulun 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı 22 iyul - Milli Mətbuat Günü münasibətilə KİV nümayəndələri ilə görüşüb.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə M.Babanlı cəmiyyətin tərəqqisində mətbuatın mühüm rolundan danışıb, 22 iyul - Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib.
Rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti, həyata keçirdiyi islahatlar haqqında ətraflı məlumat verən rektor ADNSU-da elmin, təhsilin inkişafı istiqamətində qazanılan uğurların cəmiyyətə çatdırılmasında medianın rolunu vurğulayıb.
KİV nümayəndələri ADNSU-nun təhsilimizə dəyərli töhfələr verdiyini bildiriblər.
Sonra jurnalistlərə hədiyyələr təqdim olunub.