İyulun 20-dən 24-dək Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Erasmus+KA2 proqramının “MAGNUS - Partnyor universitetlərdə mobil tətbiqlər və kompüter oyunları üzrə magistr tədris proqramlarının yaradılması” layihəsi çərçivəsində onlayn “MAGNUS yay məktəbi” keçirəcək.
ADNSU-dan AZƏRTAC-a bildirilib ki, onlayn yay məktəbində iştirak etmək istəyən universitetin bakalavr tələbələri CV və motivasiya məktublarını iyulun 15-dək elviz.ismayilov@gmail.com və l.naghiyeva@asoiu.edu.az elektron adreslərinə göndərməlidirlər.
Yalnız proqramın tələblərinə cavab verən tələbələrlə əlaqə saxlanılacaq.