Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə və Azərbaycandakı dini icmaların rəhbərləri yanvarın 16-da Şəhidlər xiyabanını ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi yad edilib, onların ruhuna dualar oxunub, məzarları üzərinə gül dəstələri qoyulub.