“Diqlas”dakı yanğında zərər çəkən sahibkarlara təklif edilən ticarət obyektləri açıqlanıb

“Diqlas”dakı yanğında zərər çəkən sahibkarlara təklif edilən ticarət obyektləri açıqlanıb

İqtisadiyyat Nazirliyi “Diqlas” ticarət mərkəzində baş vermiş yanğında zərər çəkən sahibkarlar üçün 5 ay icarə haqqı ödənilməmək şərtilə təklif olunan ticarət obyektlərinin siyahısını açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, həmin ticarət obyektləri aşağıdakılardır:
Dərnəgül şosesində yerləşən “Eurohome” tikinti bazarında ümumi sahəsi 50-100 kvadratmetr arasında dəyişən 30 mağaza - əlaqələndirici şəxs: İlyas Möhnətov (tel: 055 297 1111),
Təbriz küçəsində yerləşən “Eurohome Express”də yerləşən geyim və xırdavat satışı üçün nəzərdə tutulan ümumi sahəsi 40-60 kvadratmetr arasında dəyişən 50 mağaza - əlaqələndirici şəxs: Rauf Əliyev (tel: 050 796 5555),
“Sədərək” ticarət mərkəzində ümumi sahəsi 30 kvadratmetr olan 20 mağaza və 200 kvadratmetr olan 5 anbar - əlaqələndirici şəxs: Fərid Mahmudov (tel: 050 211 8189), Qabil Nəhmədov (tel: 050 213 3368),
AF-COM Plazada yerləşən geyim satışı üçün nəzərdə tutulan ümumi sahəsi 6000 kvadratmetr olan qapalı sahə (20 kvadratmetr olmaqla bölgü aparıla bilər) - əlaqələndirici şəxs: Rauf Əliyev (tel: 055 313 8118),
S.Vurğun küçəsində yerləşən “AF-Center” ticarət mərkəzində tikinti materialları və geyim satışı üçün nəzərdə tutulan ümumi sahəsi 20-50 kvadratmetr arasında dəyişən 50 mağaza - əlaqələndirici şəxs: Şamil İsmayılov (tel: 050 725 0660).
İqtisadiyyat Nazirliyində əlaqələndirici şəxs: Əli Hacıyev (tel: 055 255 8007).