Gənclər təşkilatları arasında atıcılıq turniri keçiriləcək

Gənclər təşkilatları arasında atıcılıq turniri keçiriləcək

“İrəli” İctimai Birliyi və Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı, HUNTSMAN Atıcılıq Klubu və Olimpik Tir Klubunun dəstəyi ilə 28 May - Respublika gününə həsr olunmuş gənclər təşkilatları arasında atıcılıq turniri keçiriləcək.
“İrəli”dən AZƏRTAC-a bildiriblər ki, turnirin məqsədi ilk dəfə ölkəmizdə keçiriləcək Avropa Oyunlarına dəstək çərçivəsində gənclər arasında idmana marağın artırılması, hərbi vətənpərvərlik ruhunun aşılanmasıdır.
Mayın 30-da Olimpik Tir Klubda keçiriləcək turnirdə 30-a yaxın gənclər təşkilatı təmsilçilərinin iştirakı planlaşdırılır.
İlk üç yeri tutan şəxslərə qiymətli hədiyyələr veriləcək.