Gənclər üçün krizis telefon xətti yenidən fəaliyyətini bərpa edib

Gənclər üçün krizis telefon xətti yenidən fəaliyyətini bərpa edib

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə gənclər üçün krizis telefon xətti yenidən fəaliyyətini bərpa edib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, artıq 14 ildir ki, bu sahədə təcrübəsi olan bu telefon xətti psixoloji böhran, ailə münasibətlərində gərginlik, depressiya, qorxu hissi yaşayan hər kəs üçün yardımçı ola bilər. Ödənişsiz olaraq fəaliyyət göstərəcək bu xidmətə (012) 510 66 36) edilən hər bir zəngin anonimliyi qorunacaq. Zənglər həftəiçi (6 gün) saat 10:00-17:00 arasında qəbul ediləcək.