Gənclərin “Tənhalara Dayaq” İctimai Birliyi Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə yardımı ilə “Bilik gücümüzdür” layihəsi çərçivəsində üçüncü tədbirini 7 oktyabr 2020-ci ildə saat 14.00-da təşkil edib.Tədbirdə Bakı şəhərinin Xətai rayonundan olan 15 nəfər gənc iştirak edib.
Tədbir zamani təlimdə iştirak edən gənclər zorakılıq halları barədə məlumatlandırılıb, eyni zamanda, onlara məktəblərdə gənclər arasında “bullying” baş verməsinin səbəbi və onun nəticəsi haqqında informasiyalar verilib.